ABŞ-də 7 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi


ABŞ-nin Kaliforniya ştatında güclü zəlzələ baş verib.

Turkustan.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Maqnitudası 7 bal gücündə olan zəlzələnin ocağı 14 km dərinlikdə qeydə alınıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri 12 min insanın yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 14 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Zzləlzələdən sonra sunami xəbərdarlığı edilib.

Bildirilib ki, xəbərdarlıq Kaliforniya və Oreqon ştatlarının sahil zolağının bəzi hissələri üçün qüvvədədir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ