Ukrayna Prezident Aparatı Rusiya ilə münaqişənin bitməsinə və seçkilərin keçirilməsinə hazırlaşır.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin qeyd edir ki, hazırda gələcək hadisələrin inkişafı üçün iki ssenari var. Ya ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra münaqişə sona çatacaq, ya da sülh yolu ilə razılığa gəlinməsə, daha da yubadılacaq.
Birinci halda Ukraynada seçkilər elan olunacaq. Buna görə də ölkə prezidenti Vladimir Zelenskinin ətrafı onun reytiniqini qorumağa çalışır.
Strana.ua-nın məlumatına görə, Ukrayna hakimiyyətinin ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə səfərbərlik üçün minimum yaş həddini 25-dən 18-ə endirmək tövsiyəsinə əməl etməməsi məhz bu mövqe ilə bağlıdır. /teleqraf.com/