İsrail Ermənistanla bağlı xəbərdarlığı yenilədi


İsrailin Milli Təhlükəsizlik Şurası üç ölkəyə səfər xəbərdarlığını yeniləyib.

Turkustan.az APA-ya istinadla xəbər verir ki, Maldiv adaları və Ermənistana səyahət xəbərdarlığının səviyyəsi yüksəldilib, Braziliya ilə bağlı xəbərdarlığın səviyyəsi isə azaldılıb.

Ermənistana səyahət xəbərdarlığı “İsrail vətəndaşları, yəhudilər üçün terrorçu elementlərin təhlükəsi fonunda” 1-ci səviyyədən 2-ci səviyyəyə qaldırılıb.

Səyahət xəbərdarlığı ilə bağlı “Səviyyə 2” səfər edənlərə ehtiyatlı olmağı tövsiyə edir, bu, ölkəni tamamilə tərk etmək çağırışı kimi qiymətləndirilmir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ