İsrail "təhlükəsiz zona"ya hücum etdi


İsrail ordusunun Qəzza zolağının cənubunda didərgin düşmüş mülki əhalinin qaldığı çadırlara endirdiyi hava zərbələri nəticəsində aralarında qadın və uşaqların da olduğu 20 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.

Turkustan.az xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada, İsrail ordusunun cənubdakı Xan Yunusun şimal-qərbində "təhlükəsiz bölgə" olaraq iddia etdiyi əl-Məvasi bölgəsindəki köçkün vətəndaşları və ərzaq anbarlarını bombaladığı bildirilib.

Səhiyyə mənbələrindən alınan məlumata görə, hücumda aralarında qadın və uşaqların da olduğu 20 fələstinli həyatını itirib, onlarla insan yaralanıb.

İsrailin hücum etdiyi bölgədə yandırılmış və parçalanmış cəsədlərin olduğu qeyd edilib.

Şahidlərdən alınan məlumata görə, İsrail ordusuna məxsus helikopter Mevasidə məcburi köçkün edilmiş fələstinlilərin çadır və qalay otaqlarını bombalayıb, düşərgədə yanğın başlayıb.

Aytən Yaşar/ Turkustan.az

MANŞET XƏBƏRLƏRİ