Reuters xəbər agentliyi Suriyadakı müxalif silahlı qüvvələrin Suriya ordusunun nəzarəti altında olan Həma şəhərinə daxil olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki,Suriya ordusu Həmanın mərkəzindən geri çəkildiyini və şəhərin kənarına yerləşdirildiyini açıqlayıb.
Noyabrın 27-dən Suriya ordusu ilə qarşıdurmada olan müxalif silahlı qüvvələr bir neçə gündür mühasirədə saxladıqları Həma şəhərinin mərkəzinə daxil olduqlarını açıqlayıblar.
Suriya ordusundan verilən ilk açıqlamada müxalif qüvvələrin şəhər mərkəzindən sıxışdırıldığı və müxaliflərin əməliyyatının uğursuz alındığı bildirilib.
Lakin daha sonra Dəməşqdən verilən açıqlamada: “Biz Həmadan kənarda yerləşdirildik” - deyilib.
Bölgədə qarşıdurmaların intensivləşdiyi bildirilib.
Həmçinin müxalifət simalarından Həsən Əbdülqəni Həma Mərkəzi Həbsxanasına daxil olduqlarını və onlarla məhbusu azad etdiklərini açıqlayıb.
Bildirək ki, müxalifət Suriyanın ikinci böyük şəhəri Hələbi ələ keçirdikdən sonra Həmaya üz tutub.
Aytən Yaşar/ Turkustan.az