Fransada Mişel Barnier hökuməti süqut etdi


Fransada Mişel Barnier hökuməti etimad səsini 331 səslə 574 səslə itirib.

Turkustan.az xəbər verir ki, Büdcə ilə bağlı müxalifətlə razılığa gələ bilməyən hökumət etimad səsverməsi keçirib. Dekabrın 4-də axşam keçirilən səsvermədə hökumət etimad səsini ala bilməyib və yıxılıb.

Fransa büdcə danışıqlarındakı fikir ayrılığı səbəbindən siyasi böhrana girdikdən sonra çərşənbə günü, dekabrın 4-ü axşam saatlarında etimad səsverməsi keçirib. Etimad səsverməsində lazımı səsləri toplaya bilməyən Mişel Barnier hökuməti çöküb.

Fransa mətbuatında yer alan xəbərlərə görə, Fransa prezidenti Emmanuel Makron Mişel Barnier hökumətinin yıxılması ehtimalına qarşı bir həftə əvvəl yeni namizəd axtarışına başlayıb.

Fransada hökumət yıxıldığından, yeni baş nazir təyin olunana və yeni hökumət qurulana qədər, yıxılan hökumət inzibati işləri idarə etmək üçün məhdud səlahiyyətlərlə öz vəzifəsini davam etdirir. Hökumətin Baş Katibliyinin dərc etdiyi notaya görə, yıxılan hökumət “dövlətin minimum səviyyədə işləməsini və davamlılığını təmin etmək” vəzifəsini davam etdirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ