Paşinyan Əliyevlə danışıqlarını bizə deyir, bu isə “sızdırır”...


Baş nazir gəlib İlham Əliyevlə görüşün təfərrüatını bizə danışır; baş nazir dövlət sirri olan məlumatları bölüşür, o isə hər şeyi açıqlayır. Bu, normaldır?

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deputat Ovik Ağazaryanın davranışını şərh edərkən deyib.

“Biz “sızıntıların” haradan gəldiyini anlamaq üçün bir ildən çox axtardıq. Ermənistanın təhlükəsizlik məsələlərinə gəlincə, hər şey belə qalmalıdırmı? Bu xəbəri eşidən kimi “sızma” ilə bağlı narahat olduq. “Sızdırma”nın kim tərəfindən edildiyini bilmirdik. Bir müddət əvvəl elə hallar olub ki, (Azərbaycanla - red.) razılaşmaları pozduq, nəyisə ucadan danışdıq, “sızmalara” görə danışıqlar nəticəsiz qaldı, münasibətlər də gərginləşdi. Ondan sonra gedin sübut edin ki, bu fraksiya üzvü müsahibə verib və ya məlumatı qəsdən yox, səhvən ötürüb”, - o bildirib.

Simonyan əmindir ki, axtarışa başlasalar, onun telefonunda qeyri-adi heç nə tapmayacaqlar:

“Ovik Ağazaryan utanmırsa, o zaman telefonundan məlumatları dərc etsin”.

O qeyd edib ki, Ağazaryan Paşinyanın istəyilə mandatını tərk etsə, yenə də nəticələrdən qaça bilməyəcək:

“Birinin digəri ilə əlaqəsi yoxdur. Mandat kömək etmir”.

Qeyd edək ki, Paşinyan Ovik Ağazaryandan mandatını təhvil verməsini tələb edib, ancaq ikinci bunu icra etməyib. Bunun ardınca isə Ağazaryan Mülki Müqavilə Partiyasından qovulub. /axar.az/


MANŞET XƏBƏRLƏRİ