Türkiyə PKK/YPG terror təşkilatının Suriyadakı qeyri-sabitlikdən faydalanmasına imkan verməyəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya hökumət qüvvələri və müxalifət arasındakı qarşıdurmanı şərh edərkən bildirib.
“Suriyanın birliyi və ərazi bütövlüyü, terrorla mübarizəyə verdiyimiz əhəmiyyət və prioritet çərçivəsində Hələb bölgəsində müxalif qrupların başlatdığı fəaliyyətlər və bununla bağlı hadisələr yaxından izlənilir”, - sözçü belə deyib.
Türkiyə Silahlı Qüvvələrinin bölgədə sabitliyin qorunması üçün bütün lazımi tədbirləri gördüyünü bildirən Aktürk qeyd edib:
“Regiondakı həmkarlarımızla sıx əməkdaşlıq və koordinasiya prosesin əvvəlindən davam edir.
Suriyanın şimalındakı əməliyyat zonaları ilə bağlı əldə etdiyimiz razılaşmalara əməl edirik və həmsöhbətlərimizin (Rusiya və İran. red.) də buna əməl etmələrini gözləyirik.
Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik.
Suriyanın ərazi bütövlüyü, suverenliyi və bölgəmizin təhlükəsizliyinə ciddi təhlükə yaradan PKK/YPG terror təşkilatının bölgədəki qeyri-sabitlikdən faydalanmasına imkan verməyəcəyik.
Bölgədə mövcud olan terror təşkilatlarına qarşı mübarizə ilə bağlı mövqeyimizin aydın olduğunu bir daha vurğulayırıq”. /teleqraf.com/