Rusiyadan şok açıqlama: "Cənubi Koreyada baş nazirlər ya öldürülür, ya da intihar edir"


Cənubi Koreya dünən axşam saatlarında isti hadisələrin şahidi olub.

Turkustan.az xəbər verir ki, Cənubi Koreya prezidenti Yoon-Suk Yeol ölkədə hərbi vəziyyətin tətbiqinə qərar verib və ordunu xidmətə çağırıb. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Cənubi Koreyada demokratiyanın olmadığı bildirilib.

Cənubi Koreya prezidenti Yoon-Suk Yeolun verdiyi hərbi vəziyyət qərarı ilə Cənubi Koreyada siyasət sarsılıb. Qərar saatlar sonra geri götürülsə də, Cənubi Koreyada həm siyasətçilər, həm də ictimaiyyət şoka düşüb.

Mövzu ilə bağlı Rusiyadan çox təəccüblü şərh gəldi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hərbi vəziyyət qərarı ilə bağlı tarixi mütaliə edib.

Zaxarova mətbuata açıqlamasında bunları deyib: "70 ildir Cənubi Koreyanın baş nazirləri ya öldürülüb, ya intihar edib, ya da çevriliş nəticəsində devriliblər. Kimsə deyə bilərmi ki, bu normaldır? yox, deyə bilməz" - dedi.

Zaxarova həmçinin bildirib ki, Cənubi Koreyada qanun, demokratiya və sabitlik yoxdur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ