İranın dəstəklədiyi İraqda yerləşdirilən şiə milis qruplarından bəzilərinin Suriyaya daxil olduğu bildirilir.
Turkustan.az xəbər verir ki, bazar ertəsindən etibarən Suriyaya girməyə başlayan silahlıların döyüşə qatılıb-qatılmadığı hələlik məlum deyil. Bununla belə, İraqın aparıcı şiə qruplarından biri olan Haşd əl-Şaabi milisləri dərc etdikləri bir neçə video ilə müharibəyə qoşula biləcəklərinin siqnalını verdi.
Suriya müxalifəti Hələbə nəzarəti ələ keçirib, daha sonra Həmanın mərkəzinə yaxınlaşdıqda, İraq şiə qruplarının Bəşər Əsəd administrasiyasını dəstəkləyib-dəstəkləməyəcəyi maraq mövzusu olub. “Reuters”in məlumatına görə, İraqın bir qrup şiə silahlısı bazar ertəsi Suriyaya daxil olub.
İraqın iki əsas şiə milis qüvvəsi olan Kataib Hizbullah və Həşd əl-Şaabi keçən həftə verdikləri bəyanatlarda dəqiq mövqe nümayiş etdirmədilər. Kataib Hizbullah Suriyaya daxil olub-olmamaları ilə bağlı qərar vermədiklərini açıqlayıb.
Dekabrın 4-ü çərşənbə günü günorta saatlarında Həşdi Şaabinin mühüm simalarından olan Əyyub Falih Həsən ər-Rubeyi "X"-də paylaşıb: "Həzrət Zeynəb iki dəfə əsir alınmayacaq, biz Abbasın ordularıyıq". Bununla da onlar suriyaya girə biləcəklərinə işarə etdi.
Aytən Yaşar/ Turkustan.az