ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp milyarder iş adamı Cared Isaakmanın ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) direktoru vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Tramp "Truth Social" sosial media platformasında verdiyi açıqlamada administrasiyasında NASA-nın idarəçiliyində İsaakmana güvəndiyini bildirib.
Tramp daha əvvəl iki dəfə kosmosa getməsi ilə tanınan iş adamı İsaakmanın liderliyində NASA-nın yeni missiyalara uğurla addımlayacağını və NASA-nı yeni səviyyəyə qaldıracağına inandığını bildirib.
Milyarder iş adamı İlon Maska məxsus "SpaceX"-ə məxsus raketlə ilk dəfə 2021-ci ildə kosmosa çıxan İsaakmanın ötən ilin sentyabrında "SpaceX" raketi ilə ikinci dəfə kosmosa çıxması ilə tanınır.
Yazılı açıqlamasında Trampın NASA Direktorluğuna namizədlik təklifini qəbul etdiyini açıqlayan amerikalı iş adamı, "Möcüzə planetimizi kosmosdan görmək şərəfinə nail olduqdan sonra Amerikanın bəşər tarixinin ən inanılmaz macərasına rəhbərlik etməsi məni çox sevindirir" - dedi.
İlon Maska yaxınlığı ilə də tanınan Isaakman, "Shifts4" adlı ödəniş şirkətinin qurucusu və yüksək səviyyəli icraçı direktoru kimi Amerika ictimaiyyətində özünə yer qazanıb.
İsaakman NASA direktoru olmaq üçün Senatdan təsdiq almalıdır.
Aytən Yaşar/ Turkustan.az