Ukraynanın Rusiya ilə danışıqlara hazırlığına dair məlumatlar müsbət siqnal verə bilər, amma gələcək razılaşmalar zamanı Moskva əsas mövqelərindən geri çəkilməyəcək.
Turkustan.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.
“Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermakın ABŞ-ın seçilmiş Prezidenti Donald Trampın komandası ilə görüşü Vaşinqtonun münaqişəyə yanaşmasının necə olacağını öyrənmək məqsədi güdürdü”, - deyə deputat qeyd edib.
Çepa əlavə edib ki, görüşdə Ukraynaya NATO-ya üzv olmaq məsələsinin onun xeyrinə həll edilməyəcəyi bildirilib:
“ABŞ da Rusiyayla danışıqlara başlamağa çalışır”.
Deputat yaxın gələcəkdə danışıqların başlayacağına əmin olduğunu söyləyib, həmçinin onun fikrincə, bununla bağlı hər iki tərəfin açıq və aydın mövqeləri olmalıdır. /teleqraf.com/