Ben Qvir planı açıqladı - Fələstinlilər Qəzzadan çıxarılır?


Ümid edirəm ki, ABŞ-ın yeni Prezidenti Donald Tramp fələstinlilərin Qəzza zolağından könüllü köçünü təşviq etmək üçün İsraillə işləyəcək.

Turkustan.az xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir deyib.

Nazir bildirib ki, ondan asılı olsaydı, Trampa Qəzzada köç və yeni məskunlaşmaları təşviq edən proqram təqdim edərdi:

“Fikrimcə, plan ikiqat olacaq. Bu, ilk növbədə, israilliləri Qəzza zolağında məskunlaşmağa, fələstinlilərin də oradan köçünü təşviq edəcək.

Mən prezidentə deyərdim ki, bu işdə bizə qoşulsun.

Bu, əlbəttə, könüllü olaraq köç edəcək Qəzzə sakinləri üçün də yaxşı olacaq. Düşünürəm ki, bizə də xeyir verəcək”.

Trampın HƏMAS tərəfindən saxlanılan girovlar yanvarın 20-də vəzifəyə gələnə qədər azad edilməsə, Yaxın Şərqi cəhənnəmə çevirəcəyi ilə bağlı təhdidinə gəlincə, Ben Qvir söyləyib ki, o, ABŞ prezidentinə inanır:

“Düşünürəm ki, bunun çox mənası var. Günün sonunda girovların qaytarılmasını sürətləndirəcək işlər görəcəyimizi gözləyirəm”./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ