İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib ki, Ukrayna münaqişənin həlli üçün güzəştə getməlidir.
Turkustan.az xəbər verir ki, o, bu barədə RAI-1 telekanalına bildirib.
"Ruslar hələ də irəliləyirsə, Zelenski vəziyyətin pisləşməsini istəmirsə, güzəştə getməli olacaq", - Tajani deyib.
Nazir vəziyyətin pisləşməsinin qarşısını almaq üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Antonio Tajani 2025-ci ilə qədər sülhün bərqərar olacağına da ümid etdiyini bildirib. O, regionda sabitliyin bərqərar olması üçün yaxın gələcəkdə münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb./publika.az