"İran Ermənistandan Suriyaya əsgər göndərmək istəyir" - "Danışıqlar aparılıb..."


İran Suriyaya Ermənistandan əsgər göndərmək istəyir.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu Ajansı"nın fars redaksiyasının rəhbəri Oğuz Akkar sosial şəbəkə hesabından paylaşım edib.

"İran Suriyada Fatimiyyun (Əfqanıstan şiələri) və Zeynəbiyyun (Pakistan şiələri) qüvvələrini gücləndirmək üçün tədbirlər görür. Həmçinin İranın Suriyaya erməni əsgərlərini göndərmək üçün Ermənistan ordusunun rəsmiləri ilə danışıqlar apardığı barədə məlumatlar var",-deyə o, bildirib. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ