Cənubi Koreyada hərbi vəziyyət təklif edən nazir istefa verdi


Cənubi Koreyada prezident Yoon Suk Yeol ona dekabrın 3-nə keçən gecə hərbi vəziyyət elan etməyi təklif edən müdafiə naziri Kim Yonq-hyun istefasını qəbul edib.

Turkustan.az xəbər verir ki, Cənubi Koreyanın Yonhap agentliyinin xəbərinə görə, Prezident Aparatından verilən açıqlamada Yoonun müdafiə naziri Kimin istefasını qəbul etdiyi bildirilib.

Prezident Yoonun elan etdiyi hərbi vəziyyət əvvəlcə parlamentin səsverməsi, daha sonra isə nazirlər şurasının təsdiqi ilə bir neçə saat ərzində ləğv edilib.

Müdafiə naziri Kim dünən verdiyi yazılı açıqlamada hərbi vəziyyət elan edərək narahatlıq və xaosa səbəb olduğu üçün vətəndaşlardan üzr istəyib. “Hərbi vəziyyətlə bağlı vəzifələrini yerinə yetirən əsgərlər nazirdən bütün təlimatları alıblar” - deyən Kim, bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edərək, istefa vermək niyyətini Yoona çatdırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ