ABŞ-ın 47-ci prezidenti Donald Tramp tərəfindən ABŞ müdafiə naziri seçilən Pit Heqsetə qarşı ittihamlar səbəbilə müdafiə naziri namizədinin dəyişdirilməsi gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, Donald Trampın Pit Heqseti yerinə Florida qubernatoru vəzifəsində çalışmış Ron DeSantisi təyin etməyi düşündüyü iddia edilib.
ABŞ-ın 47-ci prezidenti Donald Tramp tərəfindən müdafiə naziri vəzifəsinə təyin edilən Pit Heqset cinsi təcavüz iddialarında ittiham olunur. Bu iddialar respublikaçılar arasında narahatlığa səbəb olub. Bu iğtişaşların artması səbəbindən Trampın Pete Hegseth yerinə Florida qubernatoru Ron DeSantisi müdafiə naziri təyin edə biləcəyi iddia edilib.
Ron DeSantisin mətbuat müşavirləri məsələ ilə bağlı açıqlama verməkdən çəkinsələr də, Tramp tərəfi də oxşar mövqe sərgiləyib və heç bir şərh verməyib.
Ron DeSantis Trampı siyasi məsələlərdə tənqid etsə də, şəxsən onu tənqid etməyib və seçki prosesi boyunca Trampı müdafiə edib və dəstəkləməyə davam edib.
Aytən Yaşar/ Turkustan.az