Suriya müxalif ordusu: "Hələbi geri verməyə hazırıq"


Hələbi qısa zamanda ələ keçirən “Həyat Təhrir-i Şam” (HTŞ) qruplaşması verdiyi açıqlamada şəhərin idarəçiliyini Suriya Keçid Hökumətinə təhvil verməyə hazır olduqlarını bildirib.

Turkustan.az xəbər verir ki, 2020-ci ildən İdlibdə hazırlıqlarını davam etdirən HTŞ, 27 noyabrda ani hücumla Hələb və İdlibin Saraqib kimi kritik bölgələrini ələ keçirdi. HTS son 3 gündür Həmanın şimalından şəhər mərkəzinə doğru irəliləyir. Suriyanın şimal-qərbinə nəzarət edən HTŞ Hələb şəhərinin idarəsini Suriya Keçid Hökumətinə təhvil verməyə hazır olduqlarını bəyan edib.

Suriya Ordusu xüsusi təyinatlılarını Dəməşqdən Həmaya göndərməyə davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ