Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələr müasir silah və texnika ilə tam təchiz olunur.
Turkustan.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov deyib.
“Hərbi-texniki əməkdaşlıq davam edir, Rusiya hərbi-sənaye kompleksi çox fəal və səmərəlidir. KTMT ölkələrinə silah və hərbi texnikanın tədarükünə gəlincə, bu, daha çox Rusiya ilə bu ölkələrin ikitərəfli əməkdaşlığından gedir. KTMT çərçivəsində Kollektiv Qüvvələrin müasir və qabaqcıl silah və hərbi texnika ilə təchiz edilməsi məsələləri birbaşa müzakirə olunur. Bütün KTMT ölkələri birbaşa “Rosoboroneksport”la işləyir. Əsas məsələlərdən biri də KTMT ölkələrinin daxili qiymətə silah almaq imkanının olmasıdır. Və bu iş fəal şəkildə davam edir”, - Tasmaqambetov bildirib./axar.az