Şükran Günündən bir gün sonra, Qara Cümə günü amerikalıların ümumi onlayn alışları yeni rekorda çatıb.
Turkustan.az Adobe Analytics-in hesabatına əsasən xəbər verir ki, həmin gün xərclər 10,8 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 10,2 faiz çoxdur.
Amerikalıların ən çox aldıqları oyuncaqlar, o cümlədən Harry Potter temalı LEGO dəstləri, Disney şahzadə kuklaları, Cookeez Makery çörək dəstləri və PlayStation 5, Xbox Series X və Nintendo Switch OLED oyun konsolları olub.
MasterCard ödəniş sisteminin hesablamalarına əsasən Qara Cümə günü onlayn pərakəndə satışlar 14,6 faiz, fiziki mağazalarda 0,7 faiz artıb. SpendingPulse hesabatına görə, pərakəndə satışda ümumi artım 3,4 faiz təşkil edib.
Hesablamalar MasterCard sistemindən istifadə edilən alışlara və digər ödəniş növlərinin həcminin təxminlərinə əsaslanır. /Musavat.com/