Rus ordusu bu şəhəri nəzarətə götürdü


Rus ordusu Kuraxovonun böyük hissəsini nəzarətə götürüb.

Turkustan.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Məlumata görə, Rusiya qoşunları Kuraxovoda mövqelərini yaxşılaşdırıb və şəhərin qərb hissəsində aktiv döyüşlər aparır. Artıq Kuraxovonun böyük hissəsi onun nəzarətindədir.

Xatırladaq ki, daha öncə Ukrayna Silahlı Qüvvələri Kuraxovski istiqamətində həll olunmayan problemlərdən danışıb. Ordu rəsmiləri Romanovka və İlyinka bölgəsindəki çətinlikləri artıq həll etməyin mümkün olmadığını açıqlayıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ