"Ukraynanın müharibəyə son qoymaq üçün sülh prosesinin necə olması barədə daha çox fikirlərə deyil, danışıqlar başlayanda öz mövqelərini gücləndirməyə kömək edəcək daha çox hərbi dəstəyə ehtiyacı var".
Turkustan.az "CNN"ə istinadən xəbər verir ki, bunu Brüsseldə iki günlük NATO xarici işlər nazirləri toplantısından əvvəl mətbuata açıqlama verən NATO-nun yeni baş katibi Mark Rutte deyib.
Onun sözlərinə görə, Rusiya və Çin təxribat, kiber hücumlar və enerji mövzusu ilə ölkələri şantaj edir. Müharibənin üçüncü qışına girdiyi bir vaxtda Ukraynaya silah-sursat dəstəyinin artırılması vacibdir:
"Ukrayna daha bir kritik dövrə girir və Rusiyanın təcavüzündə azalma əlaməti yoxdur. Əksinə Putin ritorikasını və ehtiyatsız hərəkətlərini artırır. NATO Ukraynanı nə qədər güclü dəstəkləsə, onların əlləri danışıqlar masasında bir o qədər möhkəm olar və Rusiyanın Ukraynadakı təcavüzünə bir o qədər tez son verə bilərik". /bakivaxti.az/