Suriyanın Həma vilayətində, şəhər mərkəzindən 6 kilometr aralıda Əsəd hökumətinə bağlı Suriya ordusu ilə toqquşan müxalif silahlı qruplar daha 6 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Turkustan.az xəbər verir ki, 7 gündür Suriya ordusu ilə qarşıdurmada olan Heyət Təhrir əl-Şamın rəhbərlik etdiyi müxalif qruplar Həma əyaləti istiqamətində irəliləməyə davam edir.
Qruplar Həmanın şimalında Zor El Mahruka, Zor El Heysa, Zor Əbu Zeyid, Zor El Meselih, Zor Ec-Cedid və Hattap qəsəbələri və Nasiriyə təpəsini nəzarətə götürüblər.
Suriya ordusunun nəzarəti altında üç istiqamətdən Həma şəhər mərkəzinə doğru irəliləyən ilk xətti qıran müxalif silahlı qruplar Maptane-Halfaya-Taybet İmam Kamhane-Muharde-Maar Suhur xəttində Suriya ordusu ilə toqquşur.
Münaqişə xətti Həma şəhərinin mərkəzindən 6 kilometr kənarda yerləşir.
Bildirək ki, noyabrın 27-də Suriyanın şimalında, Hələb vilayətinin qərbində Suriya ordusu ilə müxalif silahlı qruplar arasında qarşıdurma baş verib.
Noyabrın 28-də Hələbin qərb kəndlərindən sürətlə mərkəzə doğru irəliləyən müxalif silahlı qruplar noyabrın 30-da mərkəzin böyük hissəsini ələ keçirib.
Aytən Yaşar/ Turkustan.az