Ukraynanın NATO-ya daxil olma ehtimalını dəyərləndirən Kremlin sözçüsü Dmitri Peskov bunun Rusiyanın təhlükəsizliyinə təhdid olduğunu bildirib və bu qərarın mümkünsüzlüyünü dilə gətirib.
Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, Ukraynanın NATO-ya daxil olma ehtimalının Rusiyanın təhlükəsizliyinə təhdid olduğunu ifadə edərək: "Bu mövzuda mümkün qərar qəbuledilməzdir" - deyib.
Bildirək ki, Peskov paytaxt Moskvada mətbuat mənsublarına aktual mövzularla bağlı açıqlamalar verib. Ukraynanın NATO-ya daxil olma ehtimalını dəyərləndirən Peskov bunun Rusiyanın təhlükəsizliyinə təhdid yaratdığına diqqət çəkib.
Peskov: "Bu, təhlükəsizliyin bölünməzliyi ilə bağlı tezislərimizlə tamamilə ziddiyyət təşkil edir. Bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi bahasına əldə edilə bilməz. Bu, bizim əsas götürdüyümüz beynəlxalq münasibətlərin dəyişməz qaydasıdır. Buna görə də bu məsələ ilə bağlı mümkün qərar qəbuledilməzdir, çünki bu, bizi təhdid edir, üstəlik, bu, “Ukraynada xüsusi hərbi əməliyyatın başlamasına səbəb olan əsas səbəbi aradan qaldırmır”.
Aytən Yaşar/ Turkustan.az