Gürcüstanın paytaxtında 5-ci gecədir ki, etiraz aksiyaları davam edir.
Turkustan.az xəbər verir ki, dekabrın 2-də axşam saatlarında polisin gördüyü qabaqlayıcı tədbirlərə baxmayaraq, çərşənbə axşamı yəni dekabrın 3-ü gecə saatlarında Tbilisidə mitinqlər davam edib.
Dekabrın 2-də axşam saatlarında xüsusi təyinatlılar minlərlə etirazçını parlamentə bitişik ərazidən Rustaveli prospektinə qovub. "TASS" xəbər verir ki, küçələrə çıxan şəhər sakinlərinin bəziləri polis kordonlarından yan keçməyə çalışsalar da, izdihamın hərəkəti gözyaşardıcı qazın tətbiqi ilə dayandırılıb.
Nəticədə etirazçılar Rustaveli prospektində və Gürcüstan paytaxtının ətraf küçələrində gecələyiblər. Çərşənbə axşamı səhər onlar güclü dağılış gözləmədən prospekti tərk etdilər. "RİA Novosti"-nin müxbiri xəbər verir ki, etirazçılar Tbilisi Dövlət Universitetinə çataraq, onun qarşısındakı küçədə yerləşərək avtomobillərin hərəkətinə mane olublar.
Gecə zərərsiz keçmədi. Gürcüstan Daxili İşlər Nazirliyinin 12 əməkdaşı Tbilisidə parlament qarşısında keçirilən növbəti aksiyada yaralanıb , Rustavi 2 televiziya şirkəti departamentin məlumatlarına istinadən xəbər verir.
Aytən Yaşar/ Turkustan.az