Kobaxidze qəzəbləndi: "Təşkilatçılar dərhal cəzalandırılacaq"


Gürcüstanın baş naziri Kobaxidze etirazların təşkilatçılarını cəzalandıracağına söz verib.

Turkustan.az xəbər verir ki, baş nazir İrakli Kobaxidze Gürcüstan parlamentinin binası yaxınlığında müxalifətin etiraz aksiyalarının təşkilatçılarının cəzalandırılacağını vəd edib. Onun sözlərini "RİA Novosti" sitat gətirir .

Baş nazir qeyd edib ki, onlar məsuliyyətə cəlb olunacaqlar.

Dekabrın 3-də Gürcüstan Daxili İşlər Nazirliyi ötən gecə keçirilən mitinqlərdə 34 müxalifətçinin saxlandığını elan edib . Bundan başqa, 36 nəfər cərimələnib. Səhər tezdən məlum olub ki, Gürcüstan xüsusi təyinatlıları Tbilisi Dövlət Universitetinin yaxınlığında müxalifətin etiraz aksiyasını dağıdıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ