Türkiyə Rəyasət Heyətinin Rabitə Müdirliyi Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi kimyəvi maddələrlə yüklənmiş tankerin Türkiyədən İsrailə getdiyi iddiasını təkzib edib.
Turkustan.az xəbər verir ki, açıqlamada, "Trans FJORD adlı gəminin Belçikadan yüklənmiş "buzlu sirkə turşusu" və "vinil asetat" məhsullarını Yalova limanına boşaltdığı müəyyən edildiyi bildirilib.
Mərkəz Türkiyədən yola düşən kimyəvi yüklü tankerin İsrailin Hayfa limanına doğru getdiyi iddiasının doğru olmadığını açıqlayıb.
Verilən açıqlamada, bəzi sosial media hesablarında paylaşılan iddianın əksinə olaraq, sözügedən gəminin Türkiyədən İsrailə heç bir yük aparmadığı, İsraildən Türkiyəyə heç bir yük gətirmədiyi bildirilib.
Müəyyən edilib ki, gəmi Belçikanın Antverpen limanından yüklənib və "buzlu sirkə turşusu" və "vinil asetat polimerləri və ya digər vinil efirləri və digər vinil polimerlər" məhsullarını Yalova limanına boşaldıb.
Bəyanatda ictimai rəyi manipulyasiya etməyə yönəlmiş əsassız iddialara əsaslanmamaq istənilib.
Aytən Yaşar/ Turkustan.az