ABŞ bu dəfə Ukraynaya 725 milyonluq yardım paketi göndərəcək


Rusiya-Ukrayna müharibəsi şiddətləndikcə ABŞ Ukraynaya yeni yardım paketi elan etdi.

Turkustan.az xəbər verir ki, 725 milyon dollarlıq yardım paketinə müxtəlif növ avadanlıq, sursat və silahlar daxildir. Yardım paketini dekabrın 2-də ABŞ dövlət katibi Antoni Blinken açıqlayıb.

Rusiyanın Ukraynanın şərqində sürətlə irəliləməsi və uzaqmənzilli raketlərdən istifadə etməsi ilə Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoydu. Rusiyanın irəliləyişini dayandırmaq və Ukraynanın silah çatışmazlığını tamamlamaq üçün ABŞ Dövlət Departamenti tərəfindən 725 milyon dollarlıq yardım paketi elan edilib.

ABŞ Dövlət Katibi Antoni Blinkenin dekabrın 2-də açıqladığı yardım paketinə Stinger raketləri ilə yanaşı HIMARS daxildir.

Yardım paketində diqqət çəkən ən mühüm hərbi məhsullardan biri də minalar olub. Rusiyanın Ukraynada sürətlə irəliləməsinə həll yolu olduğu düşünülən minalar Ukrayna Ordusuna təhvil veriləcək. Bundan əlavə, Ukrayna ordusunun tez-tez istifadə etdiyi dron tipli silahlar da yardım paketinə daxildir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ