"Suriyanın gələcəyinə xalq qərar verməlidir" - ABŞ


Suriyada baş verənlərə görə Suriya prezidenti Bəşər Əsədi məsul tutan ABŞ Dövlət Departamenti rəsmiləri Suriyanın gələcəyində xalqın rolunu vurğuladılar.

Turkustan.az xəbər verir ki, ABŞ səlahiyyətliləri, xalqın iştirakı ilə bir proses görmək istədiklərini ifadə etdi.
ABŞ Dövlət Departamenti rəsmilərinin verdiyi açıqlamada Suriyadakı hadisələr müzakirə edilib. ABŞ rəsmiləri Suriya prezidenti Bəşər Əsədi “qanlı diktator” kimi xarakterizə edib.

ABŞ rəsmiləri, Suriya xalqının öz liderlərini təyin etmək hüququnu vurğulayaraq, ictimai iştirakın artırılmasına həssaslıqlarını təkrarladılar. ABŞ Dövlət Departamentindən verilən açıqlamada gərginliyin dayanacağı və mülki vətəndaşların qorunacağı bir vəziyyət görmək istədikləri də bildirilib.

ABŞ Suriya məsələsi başlayandan bəri seçki yolu ilə baş tutacaq keçid prosesini dəstəkləyir.

MANŞET XƏBƏRLƏRİ