Putin və Ərdoğan Suriya məsələsini müzakirə edəcək? – Peskov açıqladı


“Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Suriyadakı hadisələrlə bağlı yeni telefon danışığı hələ planlaşdırılmır”.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, Rusiya Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə davam edir, Dəməşqlə əlaqə saxlayır və bu ölkədəki vəziyyəti təhlil edir.

Xatırladaq ki, Putinlə Ərdoğan arasında əvvəlki telefon danışığı noyabrın 24-də baş tutub. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ