Gürcü hakimiyyətini dəhşətli sonluq gözləyir - Politoloq


Gürcüstanda etirazlar davam edir və getdikcə daha şiddətli xarakter alır. Hakimiyyətin indiki siyasətinin davam etdirilməsi ölkəni beynəlxalq təcridlə hədələyir.

Turkustan.az xəbər verir ki, bunu ukraynalı politoloq Vladimir Kravçenko bildirib.

Əgər “Gürcü arzusu” Aİ ilə bağlı qərarını dəyişməsə və etirazlar zamanı hakimiyyətdə qala bilsə, bu, Gürcüstanın beynəlxalq yarımtəcridinə, onun Qərblə təmaslarının minimuma enməsinə və Rusiyanın mövqeyinin güclənməsinə gətirib çıxaracaq. Bu, Kreml üçün ciddi xarici siyasət uğuru olacaq”, - Kravçenko vurğulayıb

O xatırladıb ki, baş nazir Kobaxidze ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarını müvəqqəti addım kimi qiymətləndirir və Donald Trampın bu qərarı dəyişəcəyinə ümid edir.

Kravçenko əmindir ki, hadisələr gərginləşən ssenari üzrə gedir və etirazlar getdikcə daha şiddətli xarakter alır.

Bu kontekstdə o, gürcü politoloqu Gela Vasadzenin sözlərini sitat gətirib:

“Biz yaxşı başa düşməli və buna hazır olmalıyıq ki, bu hakimiyyət repressiya çarxını fırlatmadan mövcud ola bilməz. Onlar artıq dar bir dəhlizə giriblər və oradan çıxa bilməyəcəklər. Bu dəhlizin sonunda onları dəhşətli sonluq gözləyir. Bu, ədalətli olsa da, onları dayandırmır. Buna qədər onlar hələ çox bədbəxtlik törədəcəklər". /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ