Gürcüstanda etirazlar yenidən başladı - Tbilisidən son GÖRÜNTÜLƏR


Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları yenidən başlayıb.

Turkustan.az xəbər verir ki, aksiyalar bu gün də davam edir.

Etirazçılar parlament binası yaxınlığında toplaşmağa başlayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə edir.

Hazırda etirazçıların Parlament binasından uzaqlaşdığı və yalnız Rustaveli prospektində dayandıqları bildirilir.

Batumidə, Avropa Meydanında da etiraz aksiyasının yenidən başladığı deyilir. /modern.az/


MANŞET XƏBƏRLƏRİ