Suriyada vəziyyətin gərginləşməsi və silahlı qruplaşmaların hücumları bölgədə maraqları toqquşan Rusiya və Türkiyə arasında münaqişəyə səbəb ola bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
“Döyüşlərin şiddətlənməsi Suriyada hər birinin öz maraqlarını qorumağa çalışdığı Rusiya və Türkiyəni birbaşa ağır döyüşlərə sürükləmə təhlükəsi yaradır”, - deyə məqalədə vurğulanır. /Teleqraf.com/