Şolz Kiyevdə - Əlindən yerə qoymadığı sirli çamadanı diqqət çəkdi


Şolz Zelenski ilə görüşmək üçün Kiyevə gəlib.

Turkustan.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz ABŞ seçkilərindən sonra və Amerikanın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl Ukraynaya səfər etməyi planlaşdırırdı. Siyasətçi Ukrayna lideri Vladimir Zelenskinin münaqişəyə son qoymaq üçün nə etməyə hazır olduğunu öyrənmək niyyətindədir .

"Bild" yazır ki, səfər hələ noyabrın əvvəlində Almaniyada hakim koalisiyanın dağılmasından əvvəl hazırlanırdı. Şolz ölkədə baş verən hadisələrə və növbədənkənar parlament seçkilərinə baxmayaraq, hazırkı dövlət başçısı olaraq qalmaqda davam etdiyini və mühüm siyasi danışıqlar aparmağa hazır olduğunu göstərmək istəyir.

Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlara başlamaq vədləri fonunda Almaniya kansleri Ukraynanın maraqlarını müdafiə etmək niyyətindədir.

Jurnalistlər kanslerin özü ilə əlindən buraxmadığı sirli çamadan gətirdiyini görüblər. Belə ki, “Strana.ua” nəşri Telegram -da Şolsun qatardan düşməsini əks etdirən video yayımlayıb.

Şolz və Zelenski Ukrayna Silahlı Qüvvələrinin yaralı əsgərlərinin qaldığı xəstəxanaya baş çəkiblər. Onlar əsgərlərlə söhbət ediblər, həmçinin ağır yaralı əsgərlə fotolar çəkdiriblər.

Kadrlarda döyüşçünün prezidenti qucaqladığı, Şolzun isə onların yanında diz çökdüyü görünür. Üçü də gülümsəyir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ