Suriyanın ikinci böyük şəhəri Hələbdə Əsəd rejimi qüvvələrinin geri çəkilməsindən sonra şəhərin böyük hissəsi və bütün İdlib müxalif qüvvələrin nəzarətinə keçib.
Turkustan.az xəbər verir ki, müxalifət Həmaya doğru irəliləməyə başladı. SMO qoşunları Tel Rifatda da nəzarəti saxlayıb. Digər tərəfdən, Əsəd rejimi qüvvələrinə dəstək üçün İraqdan Suriyaya şiə silahlıları daxil olub.
Bildirək ki, Suriya rejiminin müxalifləri çərşənbə günü Hələbdə əməliyyata başlayıb. Rejim qüvvələri bəzi yerlərdən geri çəkilərək bölgəyə nəzarəti PKK/YPG-yə verib. Terror təşkilatı Fərat çayının şərqindən Hələb bölgəsinə əlavə qüvvələr göndərərək istehkamlara başlayıb. Təşkilatın da işğal etdiyi Tel Rifatla Mənbic arasında “terror dəhlizi”nin yaradılmasına hazırlıq gedirdi. Bunun üzərinə Suriya Milli Ordusu təşkilata qarşı “Azadlıq şəfəqi” əməliyyatına başlayıb.
Aytən Yaşar/ Turkustan.az