Almaniya Ukraynada sülh prosesinin başladığını elan etdi


Almaniyanın xarici işlər naziri Baerbok Çinə səfərini Ukraynada sülh prosesinin başlanğıcı adlandırıb.

Turkustan.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Annalena Baerbok Çinə səfərini Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin başlanğıcı adlandırıb . Bu barədə "Reuters" xəbər verir .

“Bu məqamı bir daha vurğulamaq istəyirəm: həm Almaniyada, həm də Avropada təhlükəsizliyimizi qorumaq üçün indi Ukraynanı dəstəkləməliyik. İndi bizim hamımız üçün sülh prosesinə birlikdə girmək heç də az əhəmiyyət kəsb etmir və buna görə də mən bu gün burada, Çindəyəm”, - diplomat qeyd edib.

Baerbok həmçinin qeyd edib ki , Almaniya kansleri Olaf Şolzun Kiyevə gözlənilməz səfəri “mümkün qədər tez sülhün bərqərar olmasına yaxınlaşmaq məqsədi daşıyır”.

Bildirək ki, Şolz Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün 2 il yarımdan sonra ilk dəfə Kiyevə gedib . O , Almaniyanın Ukraynaya 650 milyon avro dəyərində silah-sursat verəcəyini də açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ