"Gürcüstanda baş verənlər onların öz daxili problemləridir" - Rusiya XİN


Rusiya Xarici İşlər Nazirliyi: Moskva suveren dövlətlərin işlərinə qarışmağa mənfi münasibət bəsləyir.

Turkustan.az xəbər verir ki, Moskva suveren dövlətlərin işlərinə qarışmağa mənfi münasibət bəsləyir. Bu barədə dekabrın 2-də jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Baltikyanı ölkələrin Gürcüstana qarşı sanksiyalar tətbiq etmək planları ilə bağlı xəbəri şərh edərkən bildirib.

Həmin gün səhər saatlarında Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsahkna X sosial şəbəkəsindəki səhifəsində Estoniya, Latviya və Litvanın Gürcüstanda etiraz aksiyalarının yatırılmasında iştirak edənlərə qarşı sanksiyalar tətbiq etməyə razılaşdığını bildirib.

“Baş verənlər Gürcüstanın daxili işidir. Moskva suveren dövlətlərin daxili işlərinə müdaxilə etmək cəhdlərinə mənfi münasibət bəsləyir. Müvafiq olaraq, o, özü belə müdaxilə etmir”, - deyə Qaluzin "TASS"-a istinadən bildirib .

O, həmçinin vurğulayıb ki, Baltikyanı hökumətlərin atdığı addımlar Qərbdə suveren dövlətlərin müstəqil, praqmatik siyasət yürütmək istəyinə qarşı dözümsüzlük mühitinin hökm sürdüyünü göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ