Ermənistanda Gümrü şəhərinin meri vəzifəsinə hakim partiya tərəfindən namizədlər irəli sürülür.
Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı maraqlı məqamlar ortaya çıxıb.
Məlum olub ki, Gümrü merinin keçmiş müavini Vahan Mkrtçyan həmin namizədlər arasındadır.
Qeyd edək ki, Mkrtçyan Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın xalası nəvəsidir.
Xatırladaq ki, Paşinyan dekabrın 8, 9 və 10-da Gümrüdə ilkin seçkilərin keçiriləcəyini bəyan edib. Gümrü sakinləri hakim “Vətəndaş sazişi” partiyasının namizədləri arasında mer vəzifəsini icra edəcək şəxsləri “seçəcəklər”. /Musavat/