NATO-nun keçmiş baş katibi Kiyevin nəzarətində olan əraziləri nəzərə almaqla, Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünü mümkün hesab etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Ukraynadakı münaqişənin sülh yolu ilə həlli çərçivəsində Kiyevin ərazi güzəştlərinin mümkünlüyünü açıqlayıb. Şimali Atlantika Alyansının keçmiş baş katibi həmçinin qeyd edib ki, barışıq əldə edildikdən sonra Ukrayna “təhlükəsizlik zəmanətinə” ehtiyac duyacaq.
Bu barədə o, "Table.Media" informasiya portalına müsahibəsində danışıb. Stoltenberq atəşkəs xəttinin yaradılmasının vacibliyini vurğulayıb. "Əlbəttə ki, bu xətt ideal olaraq Rusiyanın hazırda nəzarət etdiyi bütün əraziləri əhatə etməlidir"
Eyni zamanda, NATO-nun keçmiş baş katibi əlavə edib ki, yaxın gələcəkdə bu, tamamilə real deyil.
Stoltenberq onu da qeyd edib ki, o, Ukraynanın Alyansa üzvlüyünü yalnız Kiyevin nəzarətində olan əraziləri nəzərə almaqla mümkün hesab edir. Onun sözlərinə görə, əgər atəşkəs xətti ərazilər üzərində Rusiyanın nəzarətinin saxlanmasını nəzərdə tutursa, bu o deməkdir ki, Ukrayna bu əraziləri həmişəlik tərk etməlidir.
Qeyd edək ki. oktyabrda Stoltenberq artıq etiraf edib ki, yaxın gələcəkdə Ukrayna Rusiya ilə münaqişə zamanı itirdiyi ərazilərdən imtina etməli ola bilər. O, Finlandiyanın tarixini və 1939-1940-cı illər Sovet-Fin müharibəsini xatırladıb. NATO-nun keçmiş baş katibinin qeyd etdiyi kimi, bu, finlərin öz ərazilərinin 10%-ni itirməsi ilə başa çatdı.
Aytən Yaşar/ Turkustan.az