Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ərəb respublikasının şimal bölgələrində vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar münasibətlərin normallaşdırılması təklifini qəbul edə bilər.
Turkustan.az xəbər verir ki, bu fikri Türkiyənin iqtidaryönlü “Hürriyet” qəzeti bildirib .
İyunun 28-də Türkiyə prezidenti Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. İyulun 12-də o, Xarici işlər naziri Hakan Fidana normallaşma prosesi üçün yol xəritəsi hazırlamağı tapşırdığını açıqlayıb. Sonuncu noyabrın sonunda bildirib ki, Suriya hələ dialoqa hazır deyil.
Aytən Yaşar/ Turkustan.az