Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti postunu tərk edən Co Baydenin oğlu Hunteri əfv etmək qərarını “demokratiyanın karikaturası” adlandırıb.
Turkustan.az xəbər verir ki, bu barədə "İzvestiya"ya Zaxarova məlumat verib .
Əvvəllər Hunter Bayden vergidən yayınmada, habelə narkotik vasitələrdən istifadə etdiyi dövrdə qanunsuz silah əldə etməkdə və onlara sahib olmaqda ittiham olunurdu. Bildirilib ki, prezidentin oğlu günahını etiraf edərək ədalətlə sövdələşməyə hazırlaşır.
Razılaşma Hunter Baydenin həbsdən qaça bilməsini nəzərdə tuturdu. Lakin sonda hakim sövdələşmədən imtina edib. Kiçik Baydenin vəkillərinin sözlərinə görə, bu, respublikaçıların məhkəmə sisteminə təzyiqi nəticəsində baş verib.
Nəticədə, Hunter Bayden iki cinayət işi üzrə hökmü gözləyirdi, lakin dekabrın 1-də atası prezident əfv fərmanı verdi. Bayden prezident olduğu ilk gündən Ədliyyə Departamentinin qərarlarına qarışmayacağına söz verdiyini və oğlunun “seçilmiş və ədalətsiz şəkildə hədəfə alındığını” bildirdi və sözünü tutduğunu vurğuladı.
Aytən Yaşar/ Turkustan.az