Rus ordusu Donetsk vilayətinin İlyinka və Petrovka yaşayış məntəqələrini ələ keçirib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Açıqlamada Rusiya ordusunun cəbhədə irəliləyişini davam etdirdiyi, cənub və mərkəzi hərbi qrupun bölmələrinin hücumları nəticəsində Donetskin İlyinka və Petrovka qəsəbələrinin azad edildiyi qeyd olunur.
Həmçinin xəbərdə son sutka ərzində Ukraynanın hərbi hava limanı infrastrukturuna, 136 bölgədə pilotsuz uçuş aparatları (PUA) istehsal və saxlama sexlərinə hücumların təşkil edildiyi də vurğulanır.
Nazirliyin açıqlamasında müharibə başlayandan bəri 649 təyyarə, 283 helikopter, 37 mindən çox İHA, Ukrayna ordusuna məxsus 586 hava hücumundan müdafiə sistemi, 19 min 577 tank və zirehli texnika, 1497 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 18 min 807 haubitsa və minaatan və 28 min 905 xüsusi hərbi maşının məhv edildiyi barədə məlumat verilir.