Rusiya prezidenti Putinin “Kiyevi “Oreşnik” raketi ilə vura bilərik” təhdidindən sonra Ukrayna paytaxtında təhlükəsizlik xəbərdarlığı edilib.
Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Zelenski deyib ki, Putinin bu cür addımı ilə əsas məqsədi Trampın həll səylərinə mane olmaqdır.
Putinin “Kiyevi “Oreşnik” raketi ilə vura bilərik” təhdidindən sonra Ukraynanın paytaxtında təhlükəsizlik xəbərdarlığı edilib. Ukrayna prezidenti Zelenski bəyan edib ki, Putinin Oreşnik addımının əsas məqsədi Trampın həll səylərinə mane olmaqdır.
Vladimir Putin Rusiyanın ən yeni orta mənzilli raketi olan “Oreşnik”in Ukraynada hər fürsətdə sınaqdan keçirilməsini tərifləyir. Astanada son açıqlamasını verən Rusiya Lideri “Birdən çox “Oreşnik” raketinin bombardman gücü nüvə bombasına bərabərdir”- dedi. O, Ukraynanın uzaq məsafədən hücumlarına cavab olaraq Kiyevi Oreşniklə vura biləcəklərini bəyan etdi.
Aytən Yaşar/ Turkustan.az