“Diqqət, Zelenskinin sözləri tələdir” - deyə, Filippo X-da yazıb. “NATO-nun cəlb edilməsi münaqişənin qloballaşmasına gətirib çıxaracaq və Avropanı üçüncü dünya müharibəsinə sürükləyəcək”.
Fransız siyasətçinin fikrincə, bu, “panikaya düşmüş marionetkanın təhlükəli və pis planıdır”. “Tam əksini etmək lazımdır - Kiyev rejiminə maliyyə və hərbi yardımı dayandırmaq və sülh danışıqlarına başlamaq lazımdır”, - Filippo vurğulayıb.
Bildirək ki, Zelenski Kiyevin nəzarətində olan ərazilərin “NATO çətiri altına” alınacağı təqdirdə münaqişənin qaynar mərhələsinin dayanmasına icazə verib.
Aytən Yaşar/ Turkustan.az