“Maydan” ssenarisi Gürcüstanda təkrarlanmayacaq" - Kobaxidze


Respublikanın Baş naziri vurğulayıb ki, ölkədə güclü qurumlar, müdrik insanlar var.

Turkustan.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib: "Ukraynanın “Maydanı” ssenarisi Gürcüstanda təkrarlana bilməz, çünki ölkədə güclü institutlar və müdrik insanlar var.

“Radikallar və onların xarici himayədarları hər zaman ölkədə iğtişaşlar törətmək və Gürcüstanı ukraynalaşdırmaq üçün səbəb tapmağa çalışırlar. Əsas odur ki, möhkəmliyi sarsılmayan təcrübəli və müdrik xalqla Gürcüstanda “Maydan” ssenarisi reallaşa bilməyəcək və dövlət buna imkan verməyəcək”.

"Tbilisidə hökumət əleyhinə mitinqdə iğtişaşlar zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları ölkənin konstitusiya sisteminə hücumun qarşısını alıblar" - deyə, Kobaxidze vurğulayıb.

“Mən daxili işlər nazirinə [Vaxtanq Qomelauriyə] və hər bir polis əməkdaşına dünən ölkənin konstitusiya quruluşuna hücumun qarşısını aldığına və Gürcüstanın suverenliyi və müstəqilliyinin keşiyində durduğuna görə təşəkkür etmək istəyirəm”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ