Gürcüstanda etirazçılar molotov kokteylindən istifadə edirlər


Gürcüstanın baş naziri Kobaxidze: etirazçılar molotov kokteylindən istifadə ediblər.

Turkustan.az xəbər verir ki, Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etirazçılar molotov kokteylindən istifadə ediblər. "TASS" yazır ki , bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib .

Cümə axşamı və cümə günləri Tbilisidə, eləcə də ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirilib. Onlarda bir neçə min insan iştirak edirdi. Eyni zamanda, respublikanın Daxili İşlər Nazirliyi etirazçıların hərəkətlərinin mitinq və nümayişlərin keçirilməsi qaydalarını müəyyən edən qanun çərçivəsindən kənara çıxdığını bəyan edib. Bununla bağlı xüsusi vasitələrdən istifadə olunub.

Bundan əvvəl Gürcüstanda etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmaların başladığı bildirilirdi . Cümə günündən şənbə gününə keçən gecə 107 nəfər saxlanılıb. 50-dən çox polis əməkdaşının yaralandığı da məlum olub. Eyni zamanda 30 asayiş keşikçisi cərrahi müdaxilə tələb edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ