Ukrayna ordusuna məxsus PUA-lar Dağıstana hücum edib


Dağıstanın rəhbəri Ukrayna pilotsuz təyyarələrinin hücumu barədə məlumat verib.

Turkustan.az xəbər verir ki, Ukrayna pilotsuz təyyarələri Dağıstana hücum edib. Bu barədə regionun rəhbəri Sergey Melikov Telegram -da məlumat verib .

Məlikov qeyd edib ki, hücum cəhdi uğursuz alınıb. Onun sözlərinə görə,dağıntı və tələfat barədə məlumat yoxdur.

Məlikov sakinləri sakit olmağa və mümkün təxribatlara uymamağa çağırıb, həmçinin əlaqəli qurumlarla əlaqə saxladığını qeyd edib.

Bildirək ki, noyabrın 30-da Soçi sakinləri partlayışlar barədə məlumat veriblər. Hadisə şahidlərinin sözlərinə görə, Loo mikrorayonunda iki-üç yüksək səs eşidilib. Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ