"2 milyondan çox insan ac və susuzdur" - HƏMAS


HƏMAS bəyan edib ki, Qəzza zolağında 2 milyondan çox fələstinli İsrailin 7 oktyabr 2023-cü ildən davam edən soyqırım hücumları səbəbindən aclıq və susuzluqdan ölmək təhlükəsi ilə üzləşib.

Turkustan.az xəbər verir ki, HƏMAS-dan verilən yazılı açıqlamada, “İşğalçı İsrailin yardımı əngəlləməsi, dərman, qida və suya çıxışı məhdudlaşdırması səbəbindən Qəzzada 2 milyondan çox fələstinli aclıq və susuzluqdan ölmək riski ilə üzləşib” ifadələrindən istifadə edilib.

İsrailin Qəzza xalqına qarşı yemək, dərman və sudan silah olaraq istifadə etdiyi vurğulanan bəyanatda: “Qəzza zolağında uşaqlar aclıqdan ölür, ailələrİ aclıq məhv edir, onlar insan həyatında ən əsas ehtiyaclardan məhrumdurlar" - deyə, vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini noyabrın 10-da verdiyi açıqlamada, İsrail ordusunun Qəzzanın şimalında aclıq ola biləcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

MANŞET XƏBƏRLƏRİ