Rusiya olmasa, Ermənistan yaşaya bilməz – Tolstoy


Ermənistanın gələcəyi, müstəqilliyi, ölkə gənclərinin taleyi bu gün respublikanın indiki hökumətinin bəzi fiqurlarının öz ciblərinə doldurduqları milyonlarla dollardan qat-qat qiymətlidir.

Turkustan.az xəbər verir ki, bunu Moskvada keçirilən “Rusiya-Ermənistan” ictimai forumunda Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoy deyib.

“Ermənistanda gənclər Ermənistan-Rusiya münasibətlərində hadisələrin necə inkişaf etdiyini izləyir və əslində seçim qarşısındadırlar. Bu geosiyasi situasiyada, təbii ki, bir şirnikləşdirmə var, indi Qərb düşərgəsinə qoşulmaq. Lakin bu, qlobal miqyasda yanlış seçimdir. Tarixdə elə məqamlar olub ki, Rusiya köməyə gəlib, faktiki olaraq Ermənistanı xilas edib. Mənə elə gəlir ki, ümumi tariximiz də bu gün gənc nəslin etdiyi seçimlərə, Ermənistanın prinsipial olaraq edəcəyi seçimlərə təsir etməlidir. Aydındır ki, Avropa arzusunun təzyiqi altında Avropada olmaq istəyirsiz, yoxsa həqiqətən Monte Karlo olmaq istəyirsiz. Dostlar, təəssüf ki, bunların heç biri olmayacaq”, - o bildirib.

Tolstoy qeyd edib ki, Ermənistanın indiki rəhbərliyi Qərbin onlara diktə etdiyi qaydalarla oynamağa çalışır:

“Amma Rusiya Qərblə qlobal qarşıdurmada qalib gələcək və hər halda ümid edirəm ki, onların etdiyi seçim bizim çoxəsrlik dostluğumuzun xeyrinə olacaq. Demək istəyirəm ki, Rusiya olmadan Ermənistan bir dövlət kimi sağ qala bilməz”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ