Prezident Rəcəb Tayyib Ərdoğan, "Birləşmiş Millətlər Təşkilatının islahata ehtiyacı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə lideri Ərdoğan bildirib. O, qeyd edib ki, dünya 5 daimi üzvün əlində və dilində buraxıla bilməz. Bu dünya bu şəkildə idarə oluna bilməz. 194 ölkənin taleyini iki dodaq arasında buraxmaq olmaz.
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən TRT World Forumunun açılışında çıxış edib.
Ərdoğan çıxışında bunları deyib:
Bu gün dünya müharibələr, münaqişələr, pozuntular və bərabərsizliklərin məngənəsində əziyyət çəkir. O, dərin bir böhrandan keçir. Hara baxsaq, üzümüzü hara çevirsək, qeyri-sabitlik görürük, dram görürük, ədalətsizliklərin dərinləşdiyini görürük. Eyni şəhərin iki fərqli ucunda iki fərqli həyat yaşanır. İki həmsərhəd ölkədən birində rifah və sərvət hökm sürdüyü halda, digərində milyonlarla insan aclıq və yoxsulluqla mübarizə aparır. Ticarətdən diplomatiyaya qədər dövlətlər arasında rəqabət günü-gündən daha dağıdıcı və aqressiv xarakter alır. Ümidlərimizi artıracaq, gələcəyə daha ümidlə baxmağımızı təmin edəcək bütün bu hadisələrin sayı getdikcə azalır. Şübhəsiz ki, bəşəriyyət dönüş nöqtəsindədir. Elə hadisələr var ki, nəinki yaxın 5-10 il, həm də uşaqlarımızın, nəvələrimizin gələcəyinə təsir edəcək".
Aytən Yaşar/ Turkustan.az